...

Bakıda BASQIN - Ev almaq adı ilə müştəri kimi gəldilər və...

Gündəm Materials 7 Yanvar 2019 10:40 (UTC +04:00)
Bakıda qadının evinə basqın edilib.
Bakıda BASQIN -  Ev almaq adı ilə müştəri kimi gəldilər və...

Bakı. Samir Əli - Trend:

Bakıda qadının evinə basqın edilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, R.Teymurov küçəsi, ev 30, mənzil 40-da baş verib.

Həmin ünvanda yaşayan Mobilova Reyhan Nemətulla qızı evini satmaq üçün alqı-satqı ofisinə müraciət edib.

Yanvarın 6-da mənzilə gələn 3 nəfər naməlum şəxs özünü müştəri kimi təqdim edərək evə daxil olublar.

Daha sonra həmin şəxslər qadının əlini, ayağını və ağzını yapışqan kağızla bağlayaraq ondan pul tələb ediblər.

Həmin şəxslər qadının evdə olan 600 manatını və 180 manat dəyərində mobil telefonunu alaraq hadisə yerindən qaçıblar.

Faktla bağlı Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2-ci (quldurluq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti