...

Prokuror taksi sürücülərinə qarşı quldurluq edən şəxsə 11 il cəza istədi

Gündəm Materials 9 Yanvar 2019 14:54 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Nəsimi Qələndərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Prokuror taksi sürücülərinə qarşı quldurluq edən şəxsə 11 il cəza istədi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Nəsimi Qələndərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror təqsirləndirilən şəxsə cəza istəyib.

Dövlət ittihamçısı N. Qələndərovun 11 il azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası yanvarın 16-na təyin edilib.

İttihama görə, ötən il mayın 7-də Bakı şəhəri Binəqədi rayonunda Abşeron rayon sakini Nuhbala İsmayılov Daxili İşlər Nazirliyinin ''102 Zəng Mərkəzi''nə müraciət edərək bildirib ki, taksi fəaliyyəti ilə məşğul olarkən tanımadığı şəxs Mehdiabad qəsəbəsi ərazisində avtomobilinə əyləşərək Binəqədi qəsəbəsinə gedəcəyini deyib. Həmin ünvana çatanda isə sərnişin bıçaqla sürücünü hədələyərək ondan 200 manat pul alıb.

Hadisənin törədilməsində şəhər sakini, əvvəllər məhkum edilmiş Nəsimi Qələndərov şübhəli bilinib. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları həmin şəxsi saxlayıblar.

N.Qələndərov istintaqa ifadəsində əməlini etiraf edib.

Polis əməkdaşlarının araşdırmaları ilə məlum olub ki, N.Qələndərov elə həmin gün başqa bir taksi sürücüsünə qarşı da quldurluq edib. O, Qubad Xudayevin avtomobilinə minərək eyni ssenari ilə sürücünü bıçaqla hədələyib və ondan 90 manat pul alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti