...

Qeyri-qanuni dini təbliğatla məşğul olan əcnəbilər Azərbaycandan deportasiya ediliblər

Gündəm Materials 11 Yanvar 2019 17:14 (UTC +04:00)
M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən yaşayış evində bir qrup əcnəbi vətəndaşın da iştirak etdiyi qeyri-qanuni dini fəaliyyət aşkarlanıb.
Qeyri-qanuni dini təbliğatla məşğul olan əcnəbilər Azərbaycandan deportasiya ediliblər

Bakı. Samir Əli - Trend:

Yanvarın 10-da Daxili İşlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş birgə tədbir nəticəsində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən yaşayış evində bir qrup əcnəbi vətəndaşın da iştirak etdiyi qeyri-qanuni dini fəaliyyət aşkarlanıb.

Komitədən Trend-ə verilən məlumata görə, qeyd olunan ünvanda humanitar yardım adı altında missionerlik fəaliyyəti, o cümlədən qeyri-qanuni dini təbliğatla məşğul olan əcnəbi vətəndaşlar barəsində müəyyən edilmiş tələblərə uyğun olaraq inzibati qaydada protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən həmin əcnəbi vətəndaşlar cərimə olunmuş və ölkəmizdən departasiya edilmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti