...

Arvadını öldürməyə cəhd edən şəxsin məhkəməsi başlayıb

Gündəm Materials 14 Yanvar 2019 20:13 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Rəhman Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb
Arvadını öldürməyə cəhd edən şəxsin məhkəməsi başlayıb

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Rəhman Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası yanvarın 22-nə təyin edilib.

İttihama görə, ötən il sentyabrın 6-da Nəsimi rayonu ərazisində 1993-cü il təvəllüdlü Rəhman Yaqub oğlu Cəfərov 1997-ci il təvəllüdlü Aydan Hətəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirib.

1 saylı Kliniki Tibbi Mərkəzə aparılan qadın dərhal əməliyyat olunub. A.Hətəmovanın həyatını xilas etmək mümkün olub.

R.Cəfərov özü könüllü olaraq Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsinə gələrək təslim olub.

Məlumata görə, o, həyat yoldaşı A.Hətəmovanı qısqanclıq zəminində bıçaqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti