...

Kameraları aldatmaq istəyən sürücüləri nə gözləyir? - AÇIQLAMA

Gündəm Materials 15 Yanvar 2019 16:40 (UTC +04:00)
Bakıda sürücü qanunsuz parklanmaya qarşı quraşdırılan intelektual nəzarət sisteminin kameralarını aldatmaq istəyib.
Kameraları aldatmaq istəyən sürücüləri nə gözləyir? - AÇIQLAMA

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda sürücü qanunsuz parklanmaya qarşı quraşdırılan intelektual nəzarət sisteminin kameralarını aldatmaq istəyib.

Trend-in məlumatına görə, hadisə 28 May küçəsində qeydə alınıb. "BMW" markalı avtomobilin sürücüsü maşını yolun hərəkət hissəsində saxlayıb. O, avtomobilin dövlət nömrə nişanını örtüklə bağlayaraq, qanunsuz parklanmaya qarşı quraşdırılan kameralardan yayınmaq istəyib.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, həmin sürücü kobud şəkildə qanunun tələbini pozub:

"Avtomobilin dövlət nömrə nişanınin müxtəlif vasitələrdən istifadə etməklə gizlədilməsi "Yol hərəkəti haqqında" qanunun tələbinin kobud şəkildə pozulmasıdır. Mövcud qanunvericiliyə əsasən bu cür sürücülərə qarşı inzibati tədbirin görülməsi Dövlət Yol Polisinin səlahiyyətlərinə aid məsələdir".

M.Ağayev qeyd edib ki, hazırda BNA və Dövlət Yol Polisi bu məsələdə koordinasiyalı iş aparır: "Belə hal aşkarlandığı təqdirdə Dövlət Yol Polisinə məlumat verilir ki, həmin sürücü barəsində zəruri inzibati tədbir görülsün. Sürücülərə parklanma zamanı daha diqqətli olmağı, nəqliyyat vasitələrini qeyri-qanuni yerlərdə park etməmələrini, digər hərəkət iştirakçılarına qarşı anlayışlı və son dərəcə diqqətli olmağı tövsiyə edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti