...

Urmiya gölünün suyu 31 sm artıb

Gündəm Materials 28 Mart 2019 11:30 (UTC +04:00)
İranın şimal-qərbində yerləşən Urmiya gölünün suyu ötən illə müqayisədə 31 santimetr artıb.
Urmiya gölünün suyu 31 sm artıb

Bakı. Elnur Bağışov - Trend:

İranın şimal-qərbində yerləşən Urmiya gölünün suyu ötən illə müqayisədə 31 santimetr artıb.

Trend-in məlumatına görə, bunu İranın Urmiya Gölünün Bərpası Komitəsinin Qərbi Azərbaycan vilayəti üzrə idarəsinin direktoru Fərhad Sərxoş deyib.

F.Sərxoşun sözlərinə görə, Urmiya gölünün su tarazlığı beynəlxalq suların səviyyəsi ilə müqayisədə 1271,1 metrdir.

Direktor əlavə edib ki, Urmiya gölünün su hövzəsi 2583 kv.km-dir və ötən illə müqayisədə 352 kvadrat-kilometr artıb.

İdarə rəsmisi Şərqi Azərbaycan vilayətinin Əcəbşir Qalaçay su bəndindən Urmiya gölünə suyun nəqlinə başlanıldığını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti