...

Bakı-Quba yolunda dava - 30 yaşlı kişi bıçaqlandı

Gündəm Materials 11 Aprel 2019 10:23 (UTC +04:00)
Bakı-Quba yolunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Bakı-Quba yolunda dava - 30 yaşlı kişi bıçaqlandı

Bakı. Samir Əli - Trend:

Bakı-Quba yolunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Trend-in məlumatına görə, hadisə Bakı-Quba yolunun 157-ci kilometrliyində baş verib.

Quba rayonunun Qaraçay kənd sakini, 1988-ci il təvəllüdlü Abdullayev İlqar Balaqardaş oğlu 1989-cu il təvəllüdlü Ərzumanov Elnur Sabir oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə nəticəsində E. Ərzumanov İ.Abdullayevi yumruqla vurub. İ.Abdullayev isə üzərində gəzdirdiyi bıçaqla onu qarın nahiyəsindən bıçaqlayıb.

Faktla bağlı Quba rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb və İ.Abdullayev şübhəli şəxs qismində saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti