...

Müəllim olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

Gündəm Materials 8 May 2019 19:31 (UTC +04:00)
Bakıda müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı sınaq imtahanı keçiriləcək.
Müəllim olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı sınaq imtahanı keçiriləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, sınaq imtahanına qeydiyyat prosesi davam edir.

Sınaq imtahanında iştirak etmək istəyənlər mayın 11-dək miq.edu.az/sinaq linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.

Sınaq imtahanı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən mayın 16-da Azərbaycan Dövlət İqtisad Universitetinin II (Gənclik korpusu) tədris binasında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti