...

Heydər Əliyev prospektində TIXAC yarandı - İri tonnajlı yük avtomobili qəza törədib

Gündəm Materials 11 May 2019 09:37 (UTC +04:00)
Səhər saatlarında paytaxtda yol-nəqliyyat hadisəsi baş verib.
Heydər Əliyev prospektində TIXAC yarandı - İri tonnajlı yük avtomobili qəza törədib

Bakı. Samir Əli - Trend:

Səhər saatlarında paytaxtda yol-nəqliyyat hadisəsi baş verib. Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, Heydər Əliyev, Şah İsmayıl Xətai prospektləri ilə Yusif Səfərov küçəsinin kəsişməsində iri tonnajlı yük avtomobili qəza törədib. Bu səbəbdən hazırda Heydər Əliyev prospektində şəhər istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

Həmin istiqamətdə hərəkətdə olan sürücülərin bunu nəzərə almaları xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti