...

Gəncədə həmşəhərlisini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı

Gündəm Materials 28 May 2019 10:06 (UTC +04:00)
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Gəncədə həmşəhərlisini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı

Bakı. Samir Əli - Trend:

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Belə ki, Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, mayın 28-də gecə saatlarında Gəncə şəhər sakini 33 yaşlı Elçin Əliyevin döş qəfəsinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına gətirilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat olunub.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, 29 yaşlı Röyal İbrahimov şübhəli şəxs qismində saxlanılaraq maddi sübutla birgə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti