AQTA enerji içkiləri ilə bağlı qaydaları müəyyənləşdirdi

AQTA enerji içkiləri ilə bağlı qaydaları müəyyənləşdirdi

Bakı. Trend:

Enerji içkilərinin tərkibində kofein, taurin, qlükoronolakton, inozitol, amin turşular, B qrupu vitaminlər və s. digər stimullaşdırıcı komponentlər mövcuddur. Bu maddələr bədəndə qan dövranının sürətlənməsini, mərkəzi sinir sistemində hormonların və insulinin ifrazını stimullaşdırır. Belə ki, enerji içkiləri orqanizmdə əlavə enerji mənbəyi kimi yox, onun daxili resurslarından məcburi intensiv istifadənin gücləndiricisi kimi çıxış edir. Nəticədə bu içkilər xüsusən yeniyetmə və gənclərdə orqanizmin daxili ehtiyat qüvvəsinin daha tez tükənməsinə, mərkəzi sinir sisteminin işinin pozulması, depressiya, yuxusuzluq və əsəb gərginliyinə səbəb olur.

Enerji içkilərindən normadan artıq istifadə orqanizmin daxilində kəskin zərərli mühit yaratmaqla, toxuma və hüceyrələri, daxili selikli qişanı zədələyir, immun sistemini zəiflədərək ağır xəstəliklərə gətirib çixara bilir. Həmin içkilərin digər qaçılmaz mənfi cəhəti isə asılılıq yaratmasıdır. Enerji içkilərinin tərkibindəki stimullaşdırıcı komponentlərin normadan artıq istifadəsi ürək infarktı riskinin artmasına, ürəkbulanma, diareya, qusma, dəridə qızarmalar, epiqastral nahiyədə spazma, susuzluq, bulanıq görmənin meydana gəlməsinə səbəb olur.

Qeyd edilənləri nəzərə alaraq, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən enerji içkilərinin təhlükəsizlik göstəricilərinin tənzimlənməsi və bununla da bu içkilərin insan orqanizminə mümkün mənfi təsirlərinin qarşısının alınması üçün “Enerji içkilərinə dair sanitariya norma və qaydaları” qəbul edilib.

AQTA-dan Trend-ə bildirilib ki, “Enerji içkilərinə dair sanitariya norma və qaydaları” bu məhsulların minimum keyfiyyət göstəricilərinə, təhlükəsizliyinə, qablaşdırılmasına, etiketlənməsinə, daşınmasına və saxlanmasına, habelə həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir.

Tələblərə əsasən kofein, taurin, qlükoronolakton, inozitol, amin turşular, B qrupu vitaminlər, quarana, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstraktlarının ən azı ikisi içkinin tərkibində varsa, həmin içki enerji içkisi hesab olunur. Tərkibində bu komponentlərdən yalnız kofein istifadə edilərsə, onun miqdarı 15 mq/100 ml-dan artıq olduqda həmin içkilər də enerji içkisi hesab edilir.

“Enerji içkilərinə dair sanitariya norma və qaydaları”na əsasən bu içkilər sanitariya norma və qaydalarına uyğun istehsal olunmalı, onların tərkibindəki toksiki elementlərin, radionuklidlərin, mikotoksinlərin və pestisid qalıqlarının miqdarı ölkədə qüvvədə olan normativ hüquqi aktlar əsasında müəyyən olunmuş həddi keçməməli, bu içkilərin mikrobioloji göstəriciləri ölkədə qüvvədə olan normativ hüquqi aktlar əsasında müəyyənləşən normaya uyğun olmalıdır.

Enerji içkilərinin 100 ml-də kofeinin maksimum miqdarı 32 mq, taurinin maksimum miqdarı 200 mq, inozitol 20 mq, qlükoronolakton 200 mq, kreatinin maksimum miqdarı 1 mq müəyyən edilib. Həmçinin enerji içkilərinin 100 ml-də Vitamin B2-nin maksimum miqdarı 0.34 mq, Vitamin B3 1.4 mq, Vitamin B5 1 mq, Vitamin B6 0.04 mq və Vitamin B12-nin maksimum miqdarı 0.0004 mq-dan çox olmamalıdır.

“Enerji içkilərinə dair sanitariya norma və qaydaları”nda göstərilir ki, enerji içkilərinin istehsalında alkoqoldan istifadə qadağandır. Enerji içkilərinin etiketlərində mütləq “Enerji içkisi”, "Tərkibində GMO yoxdur", "Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir", "18 yaşdan aşağı şəxslərə, yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara satışı qadağandır”, "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazıları qeyd edilməlidir.

Qeyd edək ki, “Enerji içkilərinə dair sanitariya norma və qaydaları” qəbul edildiyi gündən 60 gün sonra qüvvəyə minir. Qaydalar təbii çay, qəhvə, habelə təbii çay və qəhvə ekstraktı əsasında hazırlanan alkoqolsuz içkilərə, eləcə də idmançılar üçün nəzərdə tutulan xüsusi içkilərə şamil edilmir.

Azərbaycanda 5G texnoologiyası tətbiq olunmur - RƏSMİ
Azərbaycanda 5G texnoologiyası tətbiq olunmur - RƏSMİ
KATV1 15 illik ildönümü münasibətilə jurnalistlər arasında müsabiqə elan edib
KATV1 15 illik ildönümü münasibətilə jurnalistlər arasında müsabiqə elan edib
"Baktelecom" bir qrup Qarabağ müharibəsi əlili və şəhid ailəsini pulsuz simsiz rabitə ilə təmin edib (FOTO)
"Baktelecom" bir qrup Qarabağ müharibəsi əlili və şəhid ailəsini pulsuz simsiz rabitə ilə təmin edib (FOTO)
Loading Bars
Xəbər lenti
Türkiyədə koronavirusdan sağalanların sayı 180 min nəfəri ötüb
Əməkdar artist Tofiq Hüseynov vəfat edib
Harlem Dezir kimilərinin sayəsində ATƏT öz mandatından uzaqlaşaraq bəzi ölkələrin siyasi sifarişlərinin qurbanına çevrilib
Elman Nəsirovun “Koronavirus pandemiyasından sonra Qarabağın gələcəyi” adlı məqaləsi ərəb mətbuatında nəşr olunub
DİN məşhur oteldə saxlanılanlarla bağlı məlumat yaydı (FOTO/VİDEO)
ABŞ-da koronavirusa yoluxanların sayı 2.8 milyonu ötüb
“İcazə.e-gov.az” portalında icazəsi ləğv olunan şəxslər nə etməlidir? - İZAH
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 05.07.2020 tarixli bölüm
İqtisadiyyat Nazirliyi icazələrin ləğv edilməsi ilə bağlı məsələyə aydınlıq gətirdi
Bakıda daha bir yanğın baş verib
Azərbaycanda daha 523 nəfər koronavirusa yoluxdu, 451 nəfər sağaldı, 9 nəfər öldü
Binəqədidə ev yanıb
Xəzər rayonunda mobil işçi qruplar tərəfindən reydlər davam etdirilir (FOTO)
Karantin rejimin pozub İsmayıllıya istirahətə gələnlər aşkarlandı (FOTO)
Məşhur oteldə karantin qaydalarını pozanlar saxlanıldı (VİDEO)
Koronavirusa yoluxan alimlə bağlı məsələ nəzarətə götürüldü - RƏSMİ
Bakıda bu obyektlərin qiyməti kəskin ucuzlaşıb
Xaçmaz və Siyəzəndə polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar (FOTO)
Daha 154 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib (FOTO)
Türkiyə koronavirusla mübarizədə Azərbaycana yardım göndərib (FOTO)
"İcaze.e-gov.az" portalında icazələr ləğv edilib: Bu şəxslər icazə üçün müraciət edə bilməz
Şəmkirdə din xadiminin qanunsuz yas mərasimində iştirakı ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb
Misir koronavirusa qarşı vaksinin tədarükünə dair kontrakt imzalayıb
İranda koronavirusdan sağalanların sayı 200 mini ötüb
Sabah Bakıda 37 dərəcə isti olacaq
Yevlaxda qanunsuz işləyən trenajor zalı aşkarlanıb (VİDEO)
Dəbdəbəli və israfçı toy məclislərindən yaxa qurtarmaq üçün yaxşı fürsətdir - Sosioloq
Polis Şəkidə sərt karantin rejiminə nəzarət edir (FOTO)
Buraxılış imtahanlarının nəticələri elan olunub
BMU-da yaz imtahan sessiyası başa çatıb
Badamdarda karantin rejimi ilə əlaqədar reydlər keçirildi (FOTO)
Ermənistanda koronavirusdan ölənlərin sayı 484 nəfərə çatıb
Müşfiq Cəfərov: Koronavirus tək Azərbaycana aid olan problem deyil, bütün dünya bundan ciddi əziyyət çəkir
Bakıda adgünü keçirib video yayan şəxslər saxlanıldı
Yaponiyada leysan yağışlarının qurbanlarının sayı 30-u keçib
Naftalanda baş verən qətllə bağlı prokurorluq məlumat yaydı
İlin üçüncü Ay tutulması sona çatıb
Dünyada koronavirus qurbanlarının sayı 530 mini ötüb
Ermənistan iriçaplı silahlardan istifadə etməklə sutka ərzində atəşkəsi 43 dəfə pozdu
Hindistanda 20-dən çox insan ildırım vurması nəticəsində ölüb
Tamam Cəfərova: Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq nəqliyyat-kommunikasiya qovşağına çevrilib
ABŞ-ın Bağdaddakı səfirliyi raket atəşinə tutulub
Binəqədidə boya zavodundakı yanğın söndürülüb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB-5)
Londonda gecə şənliyinin dağıdılması zamanı 10-dan çox polis əməkdaşı yaralanıb
Türkiyədə zəlzələ baş verib
Xorvatiyada parlament seçkiləri keçiriləcək
"Bavariya" 20-ci dəfə Almaniya kubokunu qazandı
Gəncədə 4 otaqlı evdə yanğın baş verib
Efiopiyada baş verən iğtişaşlarda 166 nəfər öldü
ÜST bu dərmanların sınaqlarını dayandırıb
Batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub
Türkiyədə koronavirusdan sağalanların sayı 179 min nəfəri ötüb
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Leyla Abdullayeva: Ermənistan XİN rəhbərinin qondarma rejimin “prezidenti” ilə görüşü bu ölkənin təcavüzkar siyasətinin bariz nümunəsidir
Füzuli, İmişli, Ağcabədi və Goranboy rayon sakinlərinin su təminatı ilə bağlı problemləri həll olunur
8103 SMS icazə sisteminin fəaliyyəti 16 inzibati ərazidə davam edəcək (VİDEO)
İqtisadiyyat Nazirliyi: Pandemiya ilə mübarizədə biznes ictimaiyyəti fəal iştirak etməlidir
594 obyektdə kobud qayda pozuntuları aşkarlanıb (FOTO)
Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 471 nəfər sağaldı, 6 nəfər öldü
AZAL İstanbula əlavə xüsusi reys yerinə yetirəcək
Qusarda karantin qaydalarını pozan 10 sürücü cərimə olundu (FOTO)
İranda elektrik stansiyada partlayış baş verib
KİVDF qəzetlərə maliyyə yardımının göstərilməsi ilə bağlı müsabiqənin nəticələrini açıqlayıb
Bu gün Bakıda 544 küçə dezinfeksiya edildi
Qablaşdırma məmulatlarının qidalarımıza təsiri
30 il əvvəl türk hərbçini öldürmüş şəxslər Suriyada ələ keçirilib
Gəncə şəhər rəsmiləri sərtlərşdirilmiş karantin rejimi ilə əlaqədar reyd keçiriblər (FOTO)
İş icazəsi ilə İsmayıllıya istirahətə gələnlər cərimələnib (FOTO)
Yaponiyada daşqınlar nəticəsində 15 nəfər həlak olub
Suraxanıda dəfn mərasimində iştirak edənlər saxlanılıb
Şəmkirçay su anbarında batan şəxs axtarılır
Koronavirusla mübarizədə müsbət nəticə hər bir vətəndaşın məsuliyyətli davranışından asılıdır - Ekspert
İranda koronavirusdan daha 148 nәfәr ölüb
İcazəsiz Qusara istirahətə gələnlər cərimə olundular (FOTO)
İsmayıllıda hərbi xidmətdən qayıdan oğluna yığıncaq təşkil edən ata cərimələnib (FOTO)
Paytaxtda “Shacman” piyadanı vurub öldürdü
Formula 1 pilotları yarşış ərəfəsində koronavirus testlərindən keçib
Samuxda yas mərasimi keçirənlər cərimələndi (FOTO)
Bəhruz Quliyev: Biz özümüz karantin qaydalarını pozan məsuliyyətsizləri qınamalıyıq
Taksidə sürücü və ya sərnişinin hərəkət icazəsi olsa da, maskasızdırsa, cərimələnəcək - Kamran Əliyev
Xarici İşlər Nazirliyi ABŞ-ı təbrik edib
Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib (FOTO/VİDEO)
"Air France" 7 mindən çox işçini ixtisar edəcək
Gömrükdə qanunsuz mobil telefonlar, siqaretlər və dərman preparatları müsadirə edilib (FOTO)
Polis supermarketlərdə reydlər keçirir (FOTO/VİDEO)
Hindistanda rekord sayda koronavirusa yoluxma qeydə alınıb
Sabunçuda gizli fəaliyyət göstərən restoran aşkar edilib (FOTO)
ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır (FOTO)
Peşə təhsili üzrə teledərslərin 6 iyul cədvəli
Sabah hava küləkli olacaq
Deputat: Milli Məclisdə çox inklüziv atmosfer mövcuddur
Paytaxtda qeyri-qanuni fəaliyyət göstərən obyekt bağlandı (FOTO)
Səfir: ABŞ və Azərbaycanı vacib tərəfdaşlıq birləşdirir (VİDEO)
Xüsusi icazədən istifadə edən oğrular saxlanıldılar (FOTO)
Sudan köhnə istifadə təcrübəsi dəyişməlidir - Beynəlxalq ekspert
Şamaxıda ictimai iaşə və ərzaq satışı müəssisələrində reydlər keçirilir (FOTO)
Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi
Bakıdan Qəbələyə istirahətə gedənlər texniki vasitələrin köməyi ilə aşkarlandı (FOTO/VİDEO)
Komitə sədri: Yaz və növbədənkənar sessiya dövründə Milli Məclis öz işini səmərəli qurmağa nail ola bilib
Bütün xəbərlər