...

Sabunçu polisi itkin düşən iki kişini tapdı

Gündəm Materials 29 İyun 2019 22:03 (UTC +04:00)
Bakıda bir gündə itkin düşən iki nəfər tapılıb.
Sabunçu polisi itkin düşən iki kişini tapdı

Bakı. Samir Əli - Trend:

Bakıda bir gündə itkin düşən iki nəfər tapılıb.

Trend-in məlumatına görə, itkin düşən şəxsləri Sabunçu polisi tapıb.

Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 18-də itkin düşən Mazanlı Tərxan Vahid oğlu və Dünyamalıyev Əli Qəmbər oğlunun yerləri müəyyən edilərək tapılıblar.

Hər iki şəxs ailəsinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti