...

Xırdalanda qadın qeyri-rəsmi yaşadığı kişidən polisə şikayət etdi, məlumat yalan çıxdı

Gündəm Materials 22 İyul 2019 13:48 (UTC +04:00)
Xırdalanda qadın qeyr-rəsmi yaşadığı kişidən polisə şikayət edib
Xırdalanda qadın qeyri-rəsmi yaşadığı kişidən polisə şikayət etdi, məlumat yalan çıxdı

Bakı. Elçin Mehdiyev - Trend:

Abşeron rayonu Xırdalan şəhərində qeydiyyatda olmaqla Astara şəhərində yaşayan K.Qənbərova Astara Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Mərkəzi Poçtun yaxınlığında tanımadığı şəxsin onun əlindən “Samsung” markalı mobil telefonunu alaraq qaçdığını bildirib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, K.Qənbərovanın mobil telefonunu qeyri-rəsmi ər-arvad kimi yaşadığı İqrar Əliyev qısqandığı üçün könüllü şəkildə ondan alıb, lakin sonra geri qaytarmayıb. Bununla da K. Qənbərovanın şikayət ərizəsində soyğunçuluq cinayəti barədə yalan məlumat verdiyi müəyyən edilib. İstintaq zamanı “Samsung” markalı mobil telefon aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti