...

Noyabrdan şəxsiyyət vəsiqələri qeydiyyatdan asılı olmayaraq veriləcək

Gündəm Materials 28 Sentyabr 2019 16:56 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Daxili İşlər naziri Vilayət Eyvazov şəxsiyyət vəsiqələrinin verilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması ilə bağlı əlavə tədbirlər barədə əmr imzalayıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, əmrə əsasən, ərazi polis orqanlarının və "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin qeydiyyat məsələləri qurumlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi noyabr ayının 1-dən yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcək.

Məlumat üçün bildiririk ki, ölkə Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 2013-cü ilin sentyabr ayından tətbiqinə başlanılmış elektron daşıyıcısı olan ümumvətəndaş pasportları da vətəndaşlarımıza elə həmin ildən etibarən yaşayış yerindən asılı olmayaraq hər bir "ASAN xidmət" mərkəzində və ərazi polis qurumunda verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti