...

Bakıda karxanada faciə - 58 yaşlı kişi kombaynın altında qalıb öldü

Gündəm Materials 25 Oktyabr 2019 10:46 (UTC +04:00)
Bakıda daş karxanasında ölüm hadisəsi baş verib.
Bakıda karxanada faciə - 58 yaşlı kişi kombaynın altında qalıb öldü

Bakı. Samir Əli - Trend:

Bakıda daş karxanasında ölüm hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb.

Qaradağ rayonu, Səngəçal qəsəbəsində, "Karvansaray" əhəng daşı karxanasında kombaynçı-maşinist işləyən Şəki rayon sakini, 1961-ci il təvəllüdlü Əhmədov Əliəfsər Qurban oğlu karxanada işləyərkən işlətdiyi daşkəsən kombayn relsdən çıxıb.

Ə.Əhmədov kombaynı relsin üzərinə qaldırmaq istəyərkən həmin kombayn hərəkətə gəlib. Nəticədə Ə.Əhmədov kombaynın altında qalaraq ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti