...

Qusarda toyda dava, 1 nəfər bıçaqlandı

Gündəm Materials 13 Noyabr 2019 14:39 (UTC +04:00)
Qusar rayonunda toyda dava olub.
Qusarda toyda dava, 1 nəfər bıçaqlandı

Bakı. Samir Əli - Trend:

Qusar rayonunda toyda dava olub.

Trend-in məlumatına görə, hadisə rayonun Gican kəndində toy mərasimində baş verib.

Kənddə keçirilən toy mərasimində kənd sakini Əlimətov Gülməmməd Gülməd oğlu sərxoş vəziyyətdə həmkəndlisi,1971-ci il təvəllüdlü Xanbubayev Adil Sabir oğlu ilə mübahisə edib. Mübahisə dava ilə nəticələnib. G.Əlimətov A.Xanbubayevi yerə yıxaraq onu boğmaq istəyərkən A.Xanbabayev üzərində gəzdirdiyi bıçaqla ikinciyə 3 bıçaq zərbəsi endirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb və hadisəni törədən şəxs saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti