...

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Gündəm Materials 5 Dekabr 2019 18:13 (UTC +04:00)

Bakı. Trend:

Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsinin Badamdar şosesi ilə Oksford məktəbi arasında yerləşən hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avtonəqliyyat vasitələrinin hərəkəti dekabrın 5-dən 6-na keçən gecədən etibarən qısamüddətlik məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Trend-ə verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Bu üzdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur. AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti