...

Bakıda Rusiyaya məxsus təyyarə təcili eniş edib

Gündəm Materials 21 Dekabr 2019 14:14 (UTC +04:00)
Bakıda Rusiyaya məxsus, Hindistanın Qoa adasından Moskvaya hərəkət edən təyyarə təcili eniş edib
Bakıda Rusiyaya məxsus təyyarə təcili eniş edib

Bakı. Trend:

Bakıda Rusiyaya məxsus, Hindistanın Qoa adasından Moskvaya hərəkət edən təyyarə təcili eniş edib.

Bunu Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Qeyd olunub ki, Rusiyanın “Azur Air” aviaşirkətinin Qoa-Moskva marşrutu ilə hərəkət edən təyyarəsi texniki səbəblərlə əlaqədar Bakı aeroportunda eniş izni istəyib:

“Təyyarə yerli vaxtla saat 11:05-də uğurla eniş edib. Bütün sərnişinlər hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşdirilib, onlara qida və içki təqdim olunub. Bizdə olan məlumata görə, onların ardınca digər təyyarə gələcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti