...

Azərbaycan və Türkiyə vətəndaşlarını Çindən təxliyə edən təyyarə Ankaraya enib

Gündəm Materials 1 Fevral 2020 22:25 (UTC +04:00)
Çindən Azərbaycan və Türkiyə vətəndaşlarını təxliyə edən təyyarə Ankaranın Etimeskut hava limanına enib
Azərbaycan və Türkiyə vətəndaşlarını Çindən təxliyə edən təyyarə Ankaraya enib

Bakı. Trend:

Çinin Uhan şəhərində aralarında Azərbaycan vətəndaşları da olan 42 nəfərin təxliyəsini həyata keçirən Türkiyənin "Koca Yusuf" ambulans-təyyarəsi Ankaradakı Etimeskut Hava və Hərbi Hava Qüvvətləri Qurumlarının aeroportuna yerli vaxtla saat 21.12-də enib.

Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Türkiyə Səhiyyə Nazirliyinin yaratdığı karantin şəraiti daxilində "Koca Yusuf" sərnişinləri və təyyarədəki digər heyət Ankarada Zəkai Tahir Burak xəstəxanasına 17 xüsusi ambulansla daşınıb.

Qeyd edək ki, təyyarəni qarşılayanlar arasında xüsusi karantin şəraitdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim də iştirak edib.

Bildirilir ki, yeni tip koronavirus səbəbindən Çinin Uhan şəhərindən Azərbaycan və Türkiyə vətəndaşlarının təxliyəsini həyata keçirən Türkiyə Silahlı Qüvvələrinə aid böyük karqo təyyarəsi yanacaq doldurduqdan sonra Monqolustanın paytaxtı Ulan-Batordan Türkiyəyə doğru yola düşüb.

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb. Çində yeni növ koronavirusdan ölənlərin sayı 260 nəfərə çatıb, 11,7 mindən artıq insan isə yoluxub.

Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti