...

Narkotik satmaqda şübhəli bilinən Bakı sakini saxlanılıb

Gündəm Materials 16 Fevral 2020 00:09 (UTC +04:00)
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini F.Həsənov saxlanılıb.
Narkotik satmaqda şübhəli bilinən Bakı sakini saxlanılıb

Bakı. Trend:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini F.Həsənov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Yasamal rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Həsənov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 40 qramdan artıq heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə F.Həsənova narkotik vasitəni satmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş F.Həsənov da müəyyən edilərək saxlanılıb. Onun yaşadığı evdən çəkisi 1 kiloqram 5 qram heroin, 85 qramdan artıq tiryək, 237 qrama yaxın metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilib götürülüb.

F.Həsənovun Abşeron rayonunun Masazır qəsəbəsinin ərazisində gizlətdiyi 1 kiloqram tiryək də aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti