...

Tərtər sakinlərinin evindən silah götürülüb

Gündəm Materials 18 Fevral 2020 14:51 (UTC +04:00)
Tərtər rayonunun Qaynaq kənd sakinləri A.Nəbiyev və U.Fərəcovun evlərindən müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngləri aşkar edilərək götürülüb.
Tərtər sakinlərinin evindən silah götürülüb

Bakı. Trend:

Tərtər rayonunun Qaynaq kənd sakinləri A.Nəbiyev və U.Fərəcovun evlərindən müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngləri aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tərtər RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaynaq kənd sakinləri A.Nəbiyev və U.Fərəcovun evlərindən müvafiq sənədləri olmayan 2 ədəd “TOZ-16” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti