...

Yataqxana damında domino oynayanlar cərimələndi

Gündəm Materials 7 İyun 2020 14:20 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydlarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxslər müəyyən olunub.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşları rayonun Qabil Süleymanov küçəsində yerləşən “Xəzri” yataqxanasının damında domino oynayan şəxsləri aşkarlayıb. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Damino oynayanlar barsəində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, inzibati tənbeh tədbirləri tətbiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti