...

ARB: Koronavirusa yoluxan əməkdaşların vəziyyəti normaldır

Gündəm Materials 6 İyul 2020 13:10 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

ARB telekanalının koronavirusa yoluxan əməkdaşlarının vəziyyəti normaldır.

Bunu Trend-ə açıqlamasında “ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli deyib.

Onun sözlərinə görə, telekanal əməkdaşları hazırda müalicələrini davam etdirirlər: "Vəziyyətləri şükür olsun yaxşıdır. Hazırda özlərini yaxşı hiss edirlər, səhhətlərində ciddi problem yoxdur".

O. İbrahimli bildirib ki, "ARB-24" kanalının Baş redaktorunun müavini Aynur Nəsirovanın da səhhəti normaldır: "Aynur xanımla da əlaqə saxlamışıq. Şükür olsun yaxşıdır o da. İnşallah tezliklə normal həyatlarına və işlərinin başına dönərlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti