...

Sumqayıtda yaşadığı evi qanunsuz tərk edən daha bir aktiv koronavirus xəstəsi saxlanıb (VİDEO)

Gündəm Materials 12 İyul 2020 15:36 (UTC +04:00)
Sumqayıtda yaşadığı evi qanunsuz tərk edən daha bir aktiv koronavirus xəstəsi saxlanıb (VİDEO)

Bakı. Trend:

Sumqayıtda yaşadığı evi qanunsuz tərk edən daha bir aktiv koronavirus xəstəsi saxlanıb.

Sumqayıt Şəhər Polis İdarəsindən Trend-ə verilən məluamta görə, idarənin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar. Məlum olub ki, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər 9-cu mikrorayonda yaşayan 1978-ci il təvəllüdlü Bağırov Rövşən Xürrəm oğludur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağrılıb.

Qeyd edək ki Bağırov Rövşən Xürrəm oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə Cinayət işi açılıb.İstintaq tədbirləri davam etdirilir. Həmin şəxs polisin nəzarətinə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti