...

BŞBPİ: İmtahanlar keçirilən ərazilərə əlavə naryad qrupları xidmətə cəlb olunub (FOTO)

Gündəm Materials 29 İyul 2020 10:17 (UTC +04:00)
BŞBPİ: İmtahanlar keçirilən ərazilərə əlavə naryad qrupları xidmətə cəlb olunub (FOTO)

Bakı. Samir Əli - Trend:

Paytaxtda 29-30 iyul 2020-ci il tarixlərində növbəti buraxılış (qəbul) imtahanları pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil edilir.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, iştirakçılar arasında sosial məsafənin qorunmasına və tibbi maskadan istifadə edilməsinə nəzarət olunur. İmtahan keçirilən ünvanlarda polis və Daxili Qoşunların hərbi qulluqçuları xidmət aparır.

Bu məqsədilə ictimai təhlükəsizliyin tam və hərtərəfli təmin olunması üçün bütün zəruri tədbirlər təşkil olunaraq icraya yönəldilib, əlavə naryad qrupları xidmətə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti