Bakı. Elçin Mehdiyev - Trend:
Çinin Uhan şəhərində fəaliyyət göstərmiş ekspert qrupunun koronavirusla mübarizə çərçivəsində bu günlərdə Azərbaycana gəlməsi nəzərdə tutulur.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
H.Hacıyev bildirib ki, Azərbaycan koronavirusla mübarizə çərçivəsində beynəlxalq əməkdaşlığı davam etdirir.
O qeyd edib ki, artıq Rusiyadan, Çindən, İtaliyadan, Kubadan həkimlər koronavirusla mübarizə çərçivəsində Azərbaycana gəliblər.