...

Bu il 53 min vətəndaşa pensiya təyin olunub

Gündəm Materials 7 Avqust 2020 11:48 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il ölkədə 53 min vətəndaşa heç bir qapıya getmədən pensiya təyin olunub.

Trend-in məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, fərdi uçot sisteminin möhkəmləndirilməsi hesabına pensiyalarda çox ciddi artım baş verib.

S.Babayev bildirib ki, növbəti ilin sonuna kimi ƏƏSMN-nin təqdim etdiyi 132 xidmətdən 90-ı tam elektronlaşdırılacaq. Bu ilin sonuna kimi Binəqədi və Nərimanov rayonunu əhatə edəcək Dost Mərkəzinin tikintisi yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti