...

Sabah Bakıda hava yağmursuz olacaq

Gündəm Materials 17 Avqust 2020 13:55 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi avqustun 18-ə olan hava şəraii ilə bağlı məlumat yayıb.
Sabah Bakıda hava yağmursuz olacaq

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi avqustun 18-ə olan hava şəraii ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, 18 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-21, gündüz 26-28, Bakıda gecə 19-21, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz olacaq.

Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.

18 avqustda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-21, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 13-17 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti