...

Məktəblərdə xüsusi kiçik COVİD məntəqəsi və izolyasiya otağı olacaq

Gündəm Materials 11 Sentyabr 2020 16:35 (UTC +04:00)
Məktəblərdə xüsusi kiçik COVİD məntəqəsi və izolyasiya otağı olacaq

Bakı. İlhamə İsabalayeva – Trend:

Məktəblərdə xüsusi kiçik COVİD məntəqəsi və izolyasiya otağı olacaq.

Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bunun üçün məktəblərdə xüsusi kiçik COVİD məntəqəsi və izolyasiya otağı olacaq: “Hərarəti və digər şübhəli əlamətləri olan şagird və müəllimlər həmin otağa yerləşdiriləcək, daha sonra təcili tibbi yardım çağırılacaq və xəstədən test götürüləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti