Bakı. Samir Əli - Trend:
Azərbaycanın Baş Prokurorluğu sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin dinc sakinlərimizə qarşı törətdiyi təxribatlar nəticəsində ölən və yaralananların siyahısını açıqlayıb.
Baş Prokurorluqdan Trend-ə verilən məlumatda bildirilir ki, bu günə qədər ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 41 nəfər dinc sakin ölüb.
Hadisələr nəticəsində 207 nəfər sakin xəsarət alıb, 1185 ev, 57 çoxmənzilli yaşayış evi, 148 mülki obyekt isə yararsız vəziyyətə düşüb.