...

Ermənilərin Tərtəri atəşə tutması nəticəsində 55 yaşlı sakin xəsarət alıb - Baş Prokurorluq

Gündəm Materials 10 Noyabr 2020 01:06 (UTC +04:00)
Ermənilərin Tərtəri atəşə tutması nəticəsində 55 yaşlı sakin xəsarət alıb - Baş Prokurorluq

Bakı. Trned:

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

Bu barədə Trend Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, noyabrın 10-u düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Bu gün saat 00 radələrində Tərtər şəhərinin ərazisinə mərmi düşməsi nəticəsində 1965-ci il təvəllüdlü Məmmədov Sabir Məhər oğlu xəsarət alıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti