...

Yevlaxda qələbə sevinci (FOTO)

Gündəm Materials 10 Noyabr 2020 10:30 (UTC +04:00)
Yevlaxda qələbə sevinci (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu gecə xalqa müraciət edərək şanlı qələbəmizin müjdəsini verməsi ölkəmizin hər yerində olduğu kimi, Yevlaxda da sevinc və qürur hissi ilə qeyd edilir.

Trend-in məlumatına görə, Prezidentin müraciətindən sonra yevlaxlılar qələbənin sevincini paylaşmaq üçün küçələrə çıxıblar.

Yevlaxlılar əllərində Azərbaycan bayrağı və Ali Baş Komandanın portretləri şəhərin prospekt və küçələri ilə mərkəzi meydana axışaraq "Qarabağ!" "Qarabağ Azərbaycandır!", "Yaşasın Ali Baş Komandan!", "Yaşasın Azərbaycan Ordusu!" "Qələbə" kimi şüarlar səsləndiriblər. Rayon sakinləri musiqi sədaları altında rəqs edib, yallı gediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti