...

Füzuli şəhərinin ərazisi minalardan təmizlənir - İcra başçısı

Gündəm Materials 19 Noyabr 2020 16:50 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

İşğaldan azad edilən Füzuli rayonunun minalardan təmizlənməsi işlərinə başlanılıb.

Bunu Trend-ə açıqlamasında Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev deyib.

Onun sözlərinə görə, artıq Füzuli rayon Polis şöbəsi işğaldan azad edilən əraziyə köçürülüb: "Ərazidə komendantlıq yaradılıb. Hazırda Füzuli-Əhmədbəyli avtomobil yolunun çəkilməsi üçün layihələndirilmə işləri aparılır. Ərazilərin minalardan təmizlənməsi başa çatandan sonra digər tikinti-təmir işlərinə başlanacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti