Əcnəbilərin miqrasiya xidmətləri ilə bağlı elektron xidmətlərdən istifadəyə üstünlük vermələri tövsiyə olunur

Əcnəbilərin miqrasiya xidmətləri ilə bağlı elektron xidmətlərdən istifadəyə üstünlük vermələri tövsiyə olunur

Bakı. Samir Əli - Trend:

Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasında olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

Trend-in məlumatına görə,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 dekabr 2020-ci il tarixli, 488 nömrəli Qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı müəyyənləşdirilmiş tədbirlərə uyğun olaraq ölkədə olan və yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı aşağıdakıları nəzərə almaları xahiş edilir:

Əcnəbilərin miqrasiya xidmətlərindən istifadə etmək üçün evdən çıxmamaları, elektron xidmətlərdən istifadəyə üstünlük vermələri tövsiyə olunur (elektron xidmətlərə keçid: https://eservice.migration.gov.az/?lang=az). Qəbul şöbələrinə yaxınlaşmaqla müvafiq sənədləri təqdim etmək istəyən şəxslər yaşadığı ərazilərdə “ASAN xidmət” mərkəzlərinə, olmadığı təqdirdə regional miqrasiya idarələrinə müraciət edə bilərlər. Bakı, Gəncə, Quba, Şəki, Lənkəran, Şirvan, Mingəçevir, Yevlax şəhərləri istisna olmaqla, digər şəhər və rayonların ərazisində yaşayan əcnəbilər tərəfindən müvəqqəti və daimi yaşama, həmçinin iş icazələrinə müraciət edilməsi zamanı müvafiq tibbi arayışların təqdim olunması tələb edilmir (hazır icazə vəsiqələrinin fiziki olaraq götürülməsi zamanı müvafiq tibbi arayışların təqdim edilməsi zəruridir). Daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması, eləcə də, bununla bağlı kursların keçirilməsi təxirə salınır. Kurs ilə əlaqədar material əldə etmək istəyənlər iş günləri saat 09:00-dan 18:00-a qədər (012) 566-37-74 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Həmçinin qeyd olunan tarixlərdə olduğu yeri və ya yaşayış yerini müvəqqəti tərk etmək istəyən əcnəbilər bunun üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS-məlumat göndərməlidirlər. Bu zaman müvafiq olaraq 1 (2) rəqəminin ardınca ölkədə olma və yaşama statusuna uyğun OYQ (olduğu yer üzrə qeydiyyat), MOM (müvəqqəti olma müddəti), MYI (müvəqqəti yaşama icazəsi) və ya DYI (daimi yaşama icazəsi) abreviaturasından sonra müvafiq sənədin nömrəsini qeyd etməklə 8103 nömrəsinə SMS-məlumat göndərilir. Abreviaturalar mütləq ingilis şriftləri ilə yazılmalıdır. Göstərilən linkdə video təlimat vasitəsilə proses izahlı formada təqdim olunur (https://www.youtube.com/watch?v=Jx-9NZK3xV4).

Əcnəbilərin hərəkət zamanı şəxsiyyətlərini təsdiq edən sənədlərinin üzərilərində olması məcburidir.

Olduğu yer üzrə qeydiyyata alınmış, həmçinin müvəqqəti olma müddətinin uzadılması barədə qərar qəbul edilmiş əcnəbilər yuxarıda qeyd olunan sənədlərin nömrəsini əldə etmək üçün Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsindən “müraciətlərin izlənilməsi” elektron xidmətindən (https://eservice.migration.gov.az/public/application-track) istifadə edə bilərlər. Bu zaman pasport nömrəsi, doğum tarixi və vətəndaşlıq barədə məlumatarın daxil edilməsi vacibdir. Əcnəbilər bununla bağlı videotəlimatla buradan tanış ola bilərlər.

Ölkədə müvəqqəti və daimi yaşama icazələri ilə yaşayan əcnəbilərin həmin icazələrin etibarlılıq müddəti bitmədən “ASAN xidmət” mərkəzləri və regional miqrasiya idarələri vasitəsilə və ya elektron qaydada bu müddətin uzadılması üçün müraciət etmələri zəruridir.

Əlavə olaraq qeyd edirik ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyənlər) əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.

Daha ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng edə, Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə sorğu göndərə bilərsiniz. Dövlət Miqrasiya Xidmətinin Çağrı Mərkəzi sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan müddətdə fasiləsiz xidmət göstərməkdə davam edəcəkdir.

Fəxrəddin Manafovun həyat yoldaşı vəfat edib
Fəxrəddin Manafovun həyat yoldaşı vəfat edib
Ərdoğan Qarabağ zəfəri və Xocalı qətliamı barədə serial çəkilməsini tapşırıb
Ərdoğan Qarabağ zəfəri və Xocalı qətliamı barədə serial çəkilməsini tapşırıb
Türkiyə ilə birgə Vətən müharibəsi haqqında film çəkmək niyyətindəyik - Nazir
Türkiyə ilə birgə Vətən müharibəsi haqqında film çəkmək niyyətindəyik - Nazir
Loading Bars
Xəbər lenti
Koronavirusa görə bağlanan məktəblərdən biri açılır
Sabahın hava proqnozu açıqlanıb
Mingəçevir Dövlət Universiteti Kiyev Milli İqtisadiyyat Universiteti ilə əməkdaşlığa başlayıb (FOTO)
Daha bir restoranda toy məclisi aşkarlandı, 13 nəfər cərimələndi
Niderlandda koronavirus test mərkəzində partlayış olub
Bəzi ölkələrin parlamentarları öz qərəzli mövqelərini sülhdən də üstün tutur - XİN
Sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
Azərbaycanda nəqliyyat ödəniş kartları köşklərdə satılacaq
Yay aylarında koronavirusla vidalaşa bilərik - Professor
6 sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina olunub
Nizami rayonunda bir gündə 12 ton çeşidlənmiş tullantı yığılaraq təhvil verilib (FOTO)
120 nəfərlik toy edənlər saxlanıldı (FOTO)
Reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı üç dəfə artırılacaq
Zəngilan rayonunun Beşdəli kəndi (FOTO/VİDEO)
“GoldenPay” ASC-nin “Hesab Shop” layihəsinə Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusu verilib
Yaponiyalı milyarder Aya uçuş üçün komanda toplayır
Tanınmış tarixçi alim koronavirusdan vəfat edib
Bərdədə avtomobil və heyvan oğruları saxlanılıb
Lahorda Xocalı soyqırımı qurbanları anılıb (FOTO)
Bayramqabağı karantin rejimi sərtləşdirilə bilərmi? - AÇIQLAMA
Azad olunmuş ərazilərə qanunsuz keçmək istəyən 9 nəfər saxlanılıb
"Mastercard" kartlarını sifariş vermək üçün banka getməyə ehtiyac olmayacaq
Bakıda avtomobil yanıb
Zəngəzurdan İrəvanadək bütün izlər məhv edilib - Erməni vandalizmi "Sahil Kərimli ilə Aktual" videolayihəsində
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Marketlərdə mobil telefonla ödəniş layihələri işlənilir
Əfv komissiyasının növbəti iclasının vaxtı bilindi
DOST mərkəzlərində 303 mindən çox şəxsə xidmət göstərilib
Azərbaycan nefti ucuzlaşır
Azərbaycanda peyvənd olunanların sayı 300 mini ötüb
Daha 3 qazi və bir şəhid atasının əməliyyat xərcləri qarşılanıb (FOTO)
Bakı metrosunda bu tarixdə qatarlar işə salınacaq
Dəmir yolları ilə ötən il 14 milyon tondan çox yük daşınıb
AÇG və Şahdəniz yatağı üzrə builki gəlirlər açıqlanıb
Bakının mərkəzində quzu gəzdirən şəxslərlə bağlı DİN-dən açıqlama
Erməni vandallarının dağıtdığı tarixi-dini abidələr yenidən bərpa edilir - Pərvin Kərimzadə
Futbol üzrə Avropa çempionatının başlamasına 100 gün qalır
FHN əməkdaşları vaksinasiya üçün könüllü müraciət edə bilərlər - Rəis müavini
Pandemiyaya görə ayrılan vəsaitlərin auditi aparılır - Palata sədri
Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb
Ermənistanda hakimiyyət dəyişikliyi 10 noyabr razılaşmasına təsir edə bilməz - SƏBƏBLƏR
Bu günə qədər 300-dən artıq FHN əməkdaşı vaksinasiya olunub
Unibank filialı yeni konseptdə və yeni ünvanda (FOTO)
Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək
Bir gündə cinayətdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Bu məktəb də 1 həftəlik bağlandı (ƏLAVƏ OLUNUB)
FHN əməkdaşlarının vaksinasiyası aparılır (FOTO/VİDEO)
Gəncədə 40 min manatlıq narkotik dövriyyədən çıxarılıb (FOTO)
Dövlət qulluğuna imtahanda qadınların göstəriciləri daha yüksək olub - DİM
Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu
Pakistanın Baş qərargah rəisi Azərbaycanda səfərdədir
Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir (FOTO)
Yaponiya 13 ölkədən giriş qaydalarını sərtləşdirəcək
Bu gün xarici valyutaların manata qarşı məzənnələri
Fəxrəddin Manafovun həyat yoldaşı vəfat edib
"SOCAR Türkiyə"də səhmdarlarımız üçün dəyər yaradan layihələri qarşıya məqsəd qoymuşuq (MÜSAHİBƏ)
ExxonMobil Sinqapurdakı filialında 300-ə yaxın işçini ixtisara salır
ABŞ-ın Rusiyadakı keçmiş səfiri Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı təyin edilir
Braziliyada ötən sutka cari ilin koronavirusdan maksimum ölüm hadisəsi qeydə alınıb
OPEC+ monitorinqində defisit fonunda aprel ayında neft hasilatındakı artım müzakirə ediləcək
ÜST: Dünyada ötən sutka koronavirusa 280 mindən çox yoluxma qeydə alınıb
ABŞ-nın Dövlət katibi Qətər XİN-in başçısı ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib
İngiltərə futbol çempionatı: "Mançester Siti" "Vulverxempton"a qalib gəldi
"Borussia" Almaniya futbol Kubokunun ilk yarımfinalçısı oldu
Cənubi Sudanda təyyarə qəzaya uğrayıb, bütün sərnişinlər həlak olub
Azərbaycanın internet seqmentində fişinq-hücumların sayı azalıb
Myanmada təxminən 1.3 min adam saxlanılıb
Türkiyədə son sutkada koronavirusdan 7 892 nəfər sağalıb
Azərbaycan mobil qurğular bazarında liderlər açıqlanıb
İtaliya Parlamenti tərəfindən qəbul edilmiş qətnamədə Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin verilməsi tələb olunub
2021-ci il Formula 1 Azərbaycan Qran Prisinin media akkreditasiya qeydiyyatı başlayıb (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi münasibətilə xalqımızı təbrik edib (FOTO)
Bakıda 4 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib
Övladınızın intihar səbəbi olmayın - AzTV (VİDEO)
Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xilas edilib
COVAX təşəbbüsü çərçivəsində ölkələrin müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə əməl edilməyib - Agentlik
"SOCAR Turkey" IBM-in bulud texnologiyasından istifadə edəcək
Hansısa bir məktəbdə koronavirusa yoluxma olarsa, bütün tədris müəssisələri qapanmalı deyil - Ekspert
Azad edilmiş ərazilərdə torpaq sahələrinin inventarlaşdırılması başa çatıb
İşğaldan azad olunan ərazilərlə bağlı İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Dövlətimizin vaxtında gördüyü tədbirlər nəticəsində ermənilərin təxribatı iflasa uğradı - Komitə sədrinin müavini
"Android" Azərbaycanın əməliyyat sistemi bazarında liderdir
COVAX təşəbbüsü əhəmiyyətini itirir: Ədalətsizlik və qeyri-bərabərlik...
Van Qoqun rəsminin eskizi rekord qiymətə satıldı
İordaniyadakı Azərbaycan diasporu Xocalı soyqırımı qurbanlarını yad edib
Ukrayna telekanalı Prezident İlham Əliyevin mətbuat konfransı barədə xüsusi reportaj yayımlayıb (FOTO/VİDEO)
Vətən müharibəsinin qəhrəmanlarından olan Camal Alxasova təqaüd kartı təqdim edilib (FOTO)
Perm şəhərində Xocalıya ədalət tələb edilib
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Füzuli rayonunun Üçbulaq kəndi (FOTO/VİDEO)
Almaniya və Niderlanddakı diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil edib
Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması barədə sərəncam verildi
Kür çayının daşması nəticəsində zərər görən evlərə qaz verildi (FOTO)
Qlobal Jurnalistlər Şurasının sədri Mətbuat Şurasında olub (FOTO)
Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir - XİN
Martın 3-nə USD/AZN rəsmi məzənnəsi
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Hərbi qulluqçuların maaşları artırıldı - RƏSMİ
"Azərpoçt"a yeni baş direktor təyin olunub
Bütün xəbərlər