...

"Kənddən şəhərə" yarmarkasında məhsul qiymətlərinə ciddi nəzarət olunur

Gündəm Materials 23 Dekabr 2020 16:58 (UTC +04:00)
"Kənddən şəhərə" yarmarkasında məhsul qiymətlərinə ciddi nəzarət olunur

Bakı. Samir Əli - Trend:

Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi "Kənddən şəhərə" yarmarkasında qiymətlərə ciddi nəzarət edilir.

Bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Mayis Musayev deyib.

Onun sözlərinə görə, ASC əməkdaşları mütəmadi olaraq yarmarka qiymətlərini yoxlayır: "Yarmarkalarda birbaşa fermerlər özləri iştirak edir. Yəni məhsulları birbaşa fermerlər özləri satışa çıxarır. yarmarkada iştirak üçün fermerlərdən heç bir ödəniş tələb olunmur. Onlara məhsulların satışı üçün lazım olan bütün şərait yaradılır. Fermerlərin əlavə xərcləri çıxmadığı üçün onlar məhsulu həyətlərində satdıqları qiymətə yarmarkada satışa çıxarır. Qiymətə cüziu yol xərclərini əlavə edirlər ki bu da bazar qiymətlərindən ucuz olur. Məhsulun qiymətləri məhsulun və ya piştaxtaların üzərində yazılıb. Hətta alıcı ilə satıcı arasında qiymət sövdələşməsində məhsul adətən daha ucuz satılır".

M.Musayev bildirir ki, yarmarkada satılan məhsulların qiymətini fermerlər özləri müəyyən edir: "Biz sadəcə onlara qiymətləri ucuz müəyyənləşdirməsini tövsiyə edirik. Onlar da bazar qiymətlərini nəzərə alaraq, yarmarkada əlavə xərc tələb olunmadığı üçün məhsulların qiymətlərini münasib edirlər. Yarmarkada demək olar ki, bütün rayonlardan fermerlər iştirak edirlər. Yarmarkada, əsasən, məhsulların seçim çoxluğu nəzərə alınır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti