...

Qanunsuz ağac kəsənlər dəfələrlə artıq sanksiyalarla üzləşəcəklər - ETSN

Gündəm Materials 25 Dekabr 2020 17:32 (UTC +04:00)
Qanunsuz ağac kəsənlər dəfələrlə artıq sanksiyalarla üzləşəcəklər - ETSN

Bakı. İlhamə İsabalayeva – Trend:

Ağacların qanunsuz kəsilməsinə görə nırx dəyərlərinin artırılması ilə bağlı qərar layihəsi hazırlanıb və müvafiq orqanlarla razılaşdırılıb.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Ekspert saatı” verilişində çıxış edərkən deyib.

Onun sözlərinə görə, qərar layihəsi çox yaxın vaxtlarda hökumətə təqdim ediləcək: “Ümid edirəm ki, gələn ilin birinci rübündə bu qərar təsdiqlənəcək və yeni nırx dəyərləri təsdiqlənəcək. Bununla meşə materiallarından qanunsuz istifadə, ağacların kəsilməsi kimi hallara tam son qoyulacağını deyə bilməsək də, ən azı bu hala yol verən şəxslər dəfələrlə artıq sanksiyalarla üz-üzə qalacaqlar”.

H.Əlizadə qeyd edib ki, bu gün mövcud olan nırx dəyəri orta səviyyədən yuxarıdır: “Hazırda Bakıda 35-40 sm-lik bir ağacın qanunsuz kəsilməsi faktı cinayət məsuliyyətinə səbəb ola bilər. Bu zaman ziyanın həddi 1000 manatı keçirsə, biz bunu hüquq-mühafizə orqanına araşdırmaq üçün göndəririk”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti