...

SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə elan edilib

Gündəm Materials 26 Dekabr 2020 12:36 (UTC +04:00)
SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə  elan edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyinin SABAH qruplarında 2020-2021-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müsabiqə elan edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.

Qeyd edilən tələblərə cavab verən namizədlər yanvarın 6-dək müraciət formasını doldurmalıdırlar. Müvafiq fənlər üzrə vakant yerlərin siyahısı müraciət formasında qeyd edilib. Hər bir namizəd ixtisasına uyğun vakant yerlər üzrə ən çox iki fənn üçün müraciət edə bilər.

Müsabiqə barədə ətraflı məlumatı bu linkə http://sabah.edu.az/az/-1-18 daxil olaraq əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti