...

Qanunsuz ov edən şəxs cəzalandırılıb

Gündəm Materials 23 Yanvar 2021 10:25 (UTC +04:00)
Qanunsuz ov edən şəxs cəzalandırılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın “Ağquşa” postunun ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Trend-ə bildirib ki, araşdırma zamanı brakonyerin Nefçala rayon sakini Məlik Abdullayev olduğu məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti