...

Türkiyədə son sutkada koronavirusdan 6 018 nəfər sağalıb

Gündəm Materials 24 Yanvar 2021 23:28 (UTC +04:00)
Türkiyədə son sutkada koronavirusdan 6 018 nəfər sağalıb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 140 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 25 073 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 5 277 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 429 605 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 5 860 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 307 721 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti