...

Putin onun haqqında hazırlanan filmdəki iddialara münasibət bildirib

Gündəm Materials 25 Yanvar 2021 16:49 (UTC +04:00)
Putin onun haqqında hazırlanan filmdəki iddialara münasibət bildirib

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl onun haqqında yayımlanmış filmə baxmadığını bildirib.

Trend-in məlumatına görə, bunu Rusiya prezidenti "Tələbə Günü" münasibətilə tələbələrlə görüşü zamanı deyib.

O bildirib ki, müxalif Aleksey Navalnının təqdim etdiyi filmdə qeyd olunan faktlar həqiqəti əks etdirmir:

"Həmin filmə baxmamışam, sadəcə köməkçilərimin təqdim etdiyi videoçarxları görmüşəm. Orada göstərilən heç bir şey nə mənim, nə də yaxın qohumlarımın əmlakı deyil və olmayıb".

V.Putin heç vaxt bizneslə məşğul olmadığını da vurğulayıb:

"Biznes mənə heç vaxt maraqlı olmayıb. Amma Donald Tramp, Pyotr Poroşenko kimi bu sahədə məşğul olan həmkarlarım olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti