AMEA-nın əməkdaşları attestasiya olunacaqlar

AMEA-nın əməkdaşları attestasiya olunacaqlar

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan əməkdaşların attestasiyasının keçirilməsinə metodiki yardımın göstərilməsi üçün AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin təşkilatçılığı ilə onlayn seminar-məşğələ keçirilib.

Trend-in məlumatına görə, tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatların direktorları, eləcə də kadrlar şöbələrinin müdirləri iştirak ediblər.

Seminarda çiriş sözü ilə çıxış edən AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev qeyd edib ki, bu gün ölkəmizdə bütün fəaliyyət istiqamətlərində, o cümlədən elmi sahələrdə geniş islahatlar həyata keçirilir. AMEA-nın ölkəmizdə elm sahəsində dövlət siyasətini həyata keçirən ali qurum olduğunu deyən R.Əliquliyev vurğulayıb ki, bu gün alimlərimizin apardığı tədqiqatlar prioritet istiqamətləri əhatə etməklə Azərbaycan dövlətinin maraqlarına xidmət etməli, eləcə də hazırda dünyada gedən çağırışlara cavab verməlidir.

Akademik Rasim Əliquliyev AMEA-nın elmi müəssisə və təşkilatlarının fəaliyyət planlarının, o cümlədən stukturlarının yeniləndiyini, nəticədə işçilərin attestasiyasının keçirilməsinə ehtiyac yarandığını söyləyib. Diqqətə çatdırıb ki, AMEA Rəyasət Heyətinin 28 yanvar 2021-ci il tarixli qərarı ilə AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan əməkdaşların attestasiyasının keçirilməsi qərara alınıb. Onun sözlərinə görə, attestasiya zamanı insan resurslarına və onların qarşısına qoyulan vəzifələrə yenidən baxılmalı, potensialları aşkarlanmalı, qabiliyyətləri ön plana çəkilməlidir. Attestasiyanın keçirilməsində əsas məqsədin cəmiyyətdə aparılan islahatlara AMEA-nın dəstəyini ifadə etmək olduğunu deyən R.Əliquliyev bu prosesdə elmi müəssisə və alimlərin yaxından iştirakının vacibliyini vurğulayıb.

Tədbirdə həmçinin AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Rasim Ağasiyev çıxış edərək bildirib ki, Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları” və Əmək Məcəlləsinin 65-67-ci maddələrinin tələblərinə əsasən, elmi müəssisə və təşkilatlarda attestasiya komissiyası yaradılmalıdır.

Əmək Məcəlləsinin müvafiq maddələrinin tələblərini diqqətə çatdıran R.Ağasiyev vurğulayıb ki, işəgötürənin əmri ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır: “İşəgötürən attestasiya komissiyasının üzvü ola bilməz. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə suallar verilə bilər. Attestasiya komissiyasının işi obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir”.

R.Ağasiyev Əmək Məcəlləsinə əsasən, vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət almış və əlilliyi müəyyən edilmiş işçilərin, ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş əməkdaşların, bir vəzifədə faktik olaraq bir ildən az müddətdə çalışan işçilərin, hamilə və sosial məzuniyyətdə olan qadınların attestasiyasının keçirilmədiyini söyləyib. Elmi müəssisə və təşkilatlarda işləyən işçilərin hər üç ildən, elmi işçilərin isə beş ildən bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə biləcəyini diqqətə çatdırıb.

İdarə rəisi bildirib ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan işçilərin işlədiyi müddət nəzərə alınmaqla, onların siyahısı tutulmalı, müvafiq məlumatlar verilməli, attestasiya vərəqi və qrafiki tərtib olunmalı, xüsusi karantin rejiminin qaydalarına əməl etməklə attestasiyanın keçirilməsinə başlanılmalıdır.

Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupunun iclası keçirilib
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupunun iclası keçirilib
"Cənub Qaz Dəhlizi"nin maliyyə ehtiyacları layihələrdən gələn gəlir hesabına qarşılanacaq - "Fitch"
"Cənub Qaz Dəhlizi"nin maliyyə ehtiyacları layihələrdən gələn gəlir hesabına qarşılanacaq - "Fitch"
Ceyhan terminalından 36 milyon bareldən çox AÇG nefti yola salınıb
Ceyhan terminalından 36 milyon bareldən çox AÇG nefti yola salınıb
Loading Bars
Xəbər lenti
Nəsir İmanquliyev yad edildi
Norveç şirkəti Azərbaycana 25 000 dollarlıq yatırım edib
Qazi və şəhid ailələrinin evinə qaz verilib
Baş Prokurorluğun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər
“Üzv Dövlətlərin Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol” təsdiqləndi
Martın 9-na olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb
Avropa koronavirusun üçüncü dalğası ilə üz-üzədir
Prezident İlham Əliyev: Ali Baş Komandan kimi mən bilirəm ki, bizim zəif yerlərimiz də haradadır
Prezident İlham Əliyev: İqtisadi sahədə dürüstlük, inhisarlara son dövrüdür
Prezident İlham Əliyev: “Demokratlar” indi niyə susurlar, niyə demirlər ki, Paşinyan bizə nümunə olmalıdır
Azərbaycan Beynəlxalq Bankından sərfəli kredit kampaniyası
Azərbaycan Prezidenti: Müharibə başlayanda kim deyə bilərdi ki, Azərbaycan haqsızdır?
QDİƏT ölkələri pandemiyanın turizmə təsirini müzakirə ediblər
Zaqatalada yeni fındıq emalı fabriki yaradılır
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat bütün ölkələrlə münasibətləri yerə vurdu
Prezident İlham Əliyev: Bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur
Azərbaycan İlahiyyat İnstitutunda növbəti iclas keçirilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistana indi xaricdən yardım olmasa, birdəfəlik batacaq
Yelo Bank-dan yeni və parlaq mobil əlavə
Prezident İlham Əliyev: Yol çəkirik, asfalt bizim, çınqıl bizim, niyə biz xarici kredit götürməliyik?
Azərbaycan Prezidenti: Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçaltmamışıq
Balakəndə yas mərasimi keçirənlər cərimələnib (FOTO)
Prezident İlham Əliyev: Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti mən hakimiyyətə gələndə uşaq olan insanlardır
Prezident İlham Əliyev: İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır, məcbur edəcəyik onları
Azərbaycan Prezidenti: Lüksemburq o qədər də böyük, yumşaq desək siyasi çəkiyə malik olan ölkə deyil ki, naziri bizə irad tutsun
Azərbaycan Prezidenti: Böyük ölkələrin nümayəndələri məni ittiham etdilər ki, İlham Əliyev sülh istəmir
KOBİA özünüməşğulluq proqramına dəstəyini davam etdirir
Ombudsman hərbi helikopterin qəzaya uğraması ilə bağlı Türkiyənin müxtəlif qurum rəhbərlərinə başsağlığı verib
Prezident İlham Əliyev 2003-2020-ci illəri münaqişənin həllinə hazırlıq dövrü kimi səciyyələndirib
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat cütlüyünun əli Azərbaycan xalqının qanına batmışdır
Prezident İlham Əliyev: O vaxt milli maraqları hər şeydən üstün tutan “91-lər”in fəaliyyətini yüksək qiymətləndirirəm
AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Türkiyəli həmkarlarına başsağlığı ünvanayıb
YAP icra katibliyi ləğv edildi
DSX rəisi Nadim Razanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Rusiyada ikinci koronavirus vaksini ilə kütləvi peyvəndləmə başlayır
Prezident İlham Əliyev: Ölkəmizin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin
Yoluxma sayında artım davam edərsə, karantin sərtləşdirilə bilər - Şöbə müdiri
Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Rəsmi Yerevan sağlam məntiq və düşüncədən uzaq olduğunu növbəti dəfə açıq nümayiş etdirir - Leyla Abdullayeva
Azərbaycan Prezidenti: Gənc nəsil bilməlidir ki, biz müstəqilliyi nəyin bahasına qoruyub saxlaya bilmişik
Prezident İlham Əliyev: Azərbaycanın əsl müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Mehriban Əliyeva YAP Sədrinin birinci müavini təyin olunub
Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır
Yeni Azərbaycan Partiyasına sədr müavinləri təyin edildi
Müharibədən əvvəl oğurluqda təqsirləndirilən qazi azadlığa buraxıldı
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü dövründə ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi
“Arabnews” qəzeti: Azərbaycan Pakistanı bütün sahələrdə dəstəkləyir
Bakıda ağacların dibi asfaltdan təmizlənib (FOTO)
Roma papası peyvənd olunduqdan sonra ilk xarici səfərini reallaşdırdı
Ağdam rayonunun Tağıbəyli kəndi (VİDEO)
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi
Azercell “Qələbə ili”-nin nəticələrilə bölüşdü
İƏT-in Zirvə toplantısı: Türkiyə, Pakistan və Əfqanıstan Azərbaycanın strateji tərəfdaşları kimi...
Ermənistan daha bir beynəlxalq müsabiqədə iştirak etməyəcək
Temperatur enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ
Prezident İlham Əliyev: Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi
“Suraxanı” tanker-muzeyinə giriş qazilər və şəhid ailələri üçün pulsuz olacaq (FOTO)
BirBank yenə də ölkənin lider mobil tətbiqi oldu!
Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə veb-konfrans təşkil ediləcək
YAP-ın VII qurultayını qalib ölkənin qurultayı adlandırmalıyıq - Musa Quliyev (VİDEO)
DTX-nin rəisi Türkiyədə hərbi qulluqçuların həlak olması ilə bağlı başsağlığı verib
Vilayət Eyvazov Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ilə görüşüb
YAP-ın növbədənkənar qurultayı: Hakim partiyada nələr dəyişdi? - Trend TV-nin REPORTAJI
Şəhid anaları ziyarət edilib (FOTO)
Prezident İlham Əliyev: Biz beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik ölkəyə çevirdik
Mingəçevir Dövlət Universitetinin rektoru Tələbə Gənclər Təşkilatının fəalları ilə görüşüb (FOTO)
Azərbaycan Prezidenti: Biz reallıqlar yaradan ölkəyik
Prezident İlham Əliyev: Prezident seçkilərindən sonra bəyan etdiyim proqram icra edilir və hədəflərimizə çatırıq
Əhaliyə vaksinasiya üçün onlayn növbə götürməyə çağırış edilib
Azərbaycanda koronavirusa yoluxanların sayı artıb
Prezident İlham Əliyev: Bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir
Prezident İlham Əliyev: YAP-ın VI qurultayından ötən üç il ölkəmiz və bölgəmiz üçün həlledici illər olub
Energetika Nazirliyində 8 Marta həsr olunmuş tədbir keçirilib
İranda ötən sutka 81 nəfər koronavirusdan ölüb
Azərbaycanda siyasi partiyaların sayı 56-ya düşüb
Mübariz Mənsimov azadlığa buraxılıb
Bəzi müxalifət partiyaları qollara parçalandığı halda, YAP birləşdirici funksiya daşıyır - YAP-a qoşulan partiya sədri
Nizami rayonunda soyğunçu saxlanılıb (FOTO)
Su hövzələrində balıqların tükənməsinin səbəbkarı kimlərdir? - İttifaq sədrindən açıqlama
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupunun iclası keçirilib
Sabunçuda narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)
Könül Nurullayeva Keşlə qəsəbəsində sakinlərlə görüşüb (FOTO)
Bu şəxslər YAP İdarə Heyətinin yeni tərkibində yer almayıblar (SİYAHI)
Şuşada ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib (FOTO)
Əli Əsədov Türkiyənin Vitse-prezidentinə helikopter qəzası ilə bağlı başsağlığı verib
İxtisassız sahələr üzrə kifayət qədər çox işaxtaranlarımız var - Agentlik sədri
Prezident İlham Əliyev dünyada sabitliyin bərqərar olmasına çalışan liderlərdəndir - Ekspert
“AccessBank” tender elan edir
İşə qəbul zamanı müharibə iştirakçıları imtiyazlı qrupa daxil edilməyib - Agentlik sədri
Transxəzər Fiber Optik Kabel Xətti layihəsi “Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” tədbirində vurğulanıb (FOTO)
BİRLinkdən “Novruz payı”: Hədiyyəni özün seç!
Domen nədir və bizim buna niyə ehtiyacımız var?
Sabah 18 dərəcə isti olacaq
ÜST pandemiyanın bitəcəyi vaxtı açıqlayıb
Yaxın günlərdə sosial sığorta kartlarının dövriyyədən çıxarılmasını nəzərdə tuturuq - Agentlik sədri
Bakı-Sumqayıt qatarı 3 gün işləməyəcək
Ramiz Mehdiyev və Siyavuş Novruzov YAP-ın yeni İdarə Heyətində yer almayıb
Gömrükdən keçən avtomobildə qanunsuz spirtli içkilər aşkarlanıb (FOTO)
YAP-ın Veteranlar Şurasının sədri məlum olub
Əksər hallarda iş yerləri ilə bağlı saytlardakı elanlar həqiqi olur - Agentik sədri
Bütün xəbərlər