...

Daha bir yol kəsişməsində hərəkətin təşkili yaxşılaşdırılıb (VİDEO)

Gündəm Materials 5 Fevral 2021 11:50 (UTC +04:00)
Daha bir yol kəsişməsində hərəkətin təşkili yaxşılaşdırılıb (VİDEO)

Bakı. Samir Əli - Trend:

Yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması, tıxac və sıxlıq hallarının aradan qaldırılması məqsədilə Nizami rayonu, Bəkir Çobanzadə və Cəmşid Naxçıvanski küçələrinin kəsişməsində svetofor obyektləri və müvafiq yol nişanları quraşdırılıb, nişanlanma işləri aparılıb.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, kəsişmədə kilidlənmiş tıxacların yaranması ehtimalı azaldılıb; növbəli hərəkət təmin edilərək yol nəqliyyat hadisələrinin baş vermə riski minimuma endirilib; nizamlanan eyni səviyyəli piyada keçidləri sayəsində piyadaların rahatlığı və təhlükəsizliyi təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti