...

“Azəriqaz” təbii qazdan istifadəyə görə SMS bildirişlərin göndərilməsinə başlayır - Baş direktor

Gündəm Materials 9 Fevral 2021 10:09 (UTC +04:00)
“Azəriqaz” təbii qazdan istifadəyə görə SMS bildirişlərin göndərilməsinə başlayır - Baş direktor

Bakı. Samir Əli - Trend:

“Azəriqaz” İstehsalat Birliyi abonentlərə təbii qazdan istifadəyə görə SMS bildirişlərin göndərilməsinə başlayır.

Trend-in məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

O qeyd edib ki, yaxın 10 gün ərzində bu prosesi tam reallaşdırmaq planlaşdırılır: "İlkin olaraq Bakı şəhəri və Abşeron yarımadası üzrə borcu ən azı 10 manat olan 40 min abonentə SMS bildirişlərin göndərilməsi nəzərdə tutulub. Sonrakı mərhələdə isə proqram təminatı təkmilləşdirilməklə, bildirişlərin göndərilməsinin əhatə dairəsi genişləndiriləcək.

Sizdən xahiş edirik ki, istifadənizdə olan mobil telefon nömrəsini və qaz sayğacının fotosunu 077 3 104 104 saylı whatsap nömrəsinə göndərin. Məlumatlarınız abonent bazasının mövcud məlumatları ilə bir daha yoxlanılacaq. Əgər bazada ümumiyyətlə yoxdursa, əlavə ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti