...

250-dən çox şəxsə ikinci doza vaksin vurulub - Baş həkimin müavini

Gündəm Materials 16 Mart 2021 14:00 (UTC +04:00)
250-dən çox şəxsə ikinci doza vaksin vurulub - Baş həkimin müavini

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bu günə kimi poliklinikamız tərəfindən 2 minə yaxın şəxsə koronavirusa qarşı peyvənd vurulub.

Bu barədə Trend-ə Səbail rayonu 2 nömrəli Şəhər Poliklinikasının baş həkiminin müavini Şahin Quliyev deyib. Onun sözlərinə görə, artıq bir neçə gündür ki, əhali arasında ikinci dozanın da vurulmasına başlanılıb:

“Hər şey öz qaydası ilə davam edir. Vaksinasiya prosesi strategiyaya uyğun olaraq aparılır. Yanvar ayının 18-dən bu günə kimi 2 minə yaxın şəxsə peyvənd vurulub. Artıq ikinci doza peyvəndin vurulmasına da start verilib. Bu gün artıq 54 nəfər ikinci doza vaksinasiya olunub. Ümumən isə 250-dən çox şəxsə ikinci doza peyvənd vurulub”.

Ş.Quliyev bildirib ki, əhali arasında ikinci doza vaksinasiya bu ayın əvvəlindən başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti