...

Ermənistan "Metsamor"un istismar müddətini 2036-cı ilədək artırmaq istəyir

Gündəm Materials 18 Mart 2021 12:38 (UTC +04:00)
Ermənistan "Metsamor"un istismar müddətini 2036-cı ilədək artırmaq istəyir

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistan Metsamordakı atom elektrik stansiyasının (AES) istismar müddətini 2036-cı ilədək uzatmaq niyyətindədir.

Trend-in məlumatına görə, bunu stansiyanın baş direktoru Movses Vardanyan deyib.

O bildirib ki, 2015-16-cı illərdə AES-in fəaliyyət müddətinin uzadılması ilə bağlı müəyyən işlər görülüb.

Hazırda stansiyanın fəaliyyətdə olan ikinci reaktoru 1980-ci ildə istifadəyə verilib və 2026-cı ildə istismar müddətini başa vurmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti