...

Ərdoğan Putini dəstəklədi

Gündəm Materials 19 Mart 2021 15:28 (UTC +04:00)
Ərdoğan Putini dəstəklədi

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putin barəsində işlətdiyi ifadələr qəbuledilən deyil.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, V.Putin səslənən ittihama ustalıqla cavab verib:

"Bir dövlət başçısının bu cür ifadə istifadə etməsi qəbuledilən deyil. Vladimir Putin ustalıqla cavab verərək doğru addım atıb".

Qeyd edək ki, bir neçə gün əvvəl C.Bayden jurnalistlərlə söhbəti zamanı V.Putini qatil adlandırmışdı. V.Putin isə bu sözləri uşaq oyunu ilə müqayisə etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti