...

Karantin rejimini pozan “Bəy hamamı”nda 8 nəfər cərimələndi

Gündəm Materials 9 Aprel 2021 10:48 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, İmişli RPŞ-yə rayon ərazisindəki "Bəy hamamı"nın karantin qaydalarına zidd olaraq fəaliyyət göstərməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar adıçəkilən ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən obyekt işçiləri və müştərilər daxil olmaqla 8 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti