...

Balakəndə nişan mərasimi keçirənlər məsuliyyətə cəlb edilib (FOTO)

Gündəm Materials 12 Aprel 2021 08:47 (UTC +04:00)
Balakəndə nişan mərasimi keçirənlər məsuliyyətə cəlb edilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə İtitala kəndində yerləşən fərdi yaşayış evində sanitar-karantin qaydalarının pozulması ilə müşahidə edilən nişan mərasimi keçirilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman kənd sakini Səməd Abdullayevin 30-dan artıq qonağın iştirakı ilə qızına nişan mərasimi təşkil etdiyi aşkarlanıb.

Polislər tərəfindən ev sahibi, qonaqlar və məclisi təşkil edən şəxslər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti