...

Kürdəmirin sabiq icra başçısının həbs müddəti uzadıldı

Gündəm Materials 12 Aprel 2021 16:56 (UTC +04:00)
Kürdəmirin sabiq icra başçısının həbs müddəti uzadıldı

Bakı. Samir Əli - Trend:

Binəqədi rayon Məhkəməsində Kürdəmir rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Trend-in məlumatına görə, prosesdə təqdimat təmin edilib və C.Cəfərov barəsində həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Xatırladaq ki, C.Cəfərov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) və 311.3.3-cü (rüşvət alma - külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.

Xəbər lenti

Xəbər lenti