...

Bu il 1 641 həkim sertifikasiya imtahanına cəlb olunub

Gündəm Materials 26 May 2021 16:15 (UTC +04:00)
Bu il 1 641 həkim sertifikasiya imtahanına cəlb olunub

Bakı. Ceyhun Ələkbərov - Trend:

2021-ci ildə 1 641 həkim sertifikasiya imtahanına cəlb olunub.

Trend-in məlumatına görə, bu barədə "Həkimlərin sertifikasiyası" mövzusunda canlı yayımda Səhiyyə Nazirliyi Sertifikasiya Mərkəzinin rəhbəri Murad Mirzəzadə deyib.

O bildirib ki, həmin şəxslərdən 32-si uğursuz nəticə göstərib.

M.Mirzəzadə əlavə edib ki, 2020-ci ildə imtahanda iştirak edən 90-92 faiz həkim uğurlu nəticə əldə edib. Həmin həkimlərdən 1 458 nəfəri 1-ci cəhddə imtahandan uğurla keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti